Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə
Yeniliklərdən dərhal xəbərdar olun
"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
"Report" xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi M.Ə 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.
Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.
M.Ə-nin bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədovla əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.
İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Oxşar xəbərlər
"Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılır. Bu...