Bərdədə avtomobil piyadaları vuraraq QAÇDI: Ölən və yaralı var
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə piyadaları vuran avtomobil hadisə yerini tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Şəhər ərazisində iyunun 9-u saat 21 radələrində VAZ-21011 markalı avtomobillə yolu keçən şəhər sakinləri B.Cəfərli və Rövşən Mirzəyev vurulub və sürücü hadisə yerini tərk edib.
Nəticədə R.Mirzəyev hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü Ə.Şahverdiyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...