Bərdədə avtomat satmaq istəyən şəxs həbs olunub
Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs həbs olunub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb. Ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb.
O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə 2000 manat müqabilində satarkən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət etdi
Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisindəki marketdə ba...