Bərdədə at əti satan şəxs TUTULDU - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda at əti satışının qarşısı alınıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildə yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.
Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ət müayinə olunmaq üçün laboratoriyaya göndərilib.
Qeyd edək ki, Rövşən Babayev 2019-cu ildə at ətini satmaq üçün Bakıya apararkən tutulub.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...