Bərdədə 14 yaşlı qız hamilə qalıb? - DİN-dən AÇIQLAMA

Bərdə rayonunda 14 yaşlı qızın hamiləliyinin ləğv edildiyinə dair məlumat yayılıb.
Sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumata əsasən, hadisə rayonun Nəcəfqulubəyli kəndində baş verib.
Kəlbəcər rayon köçkünlərinin yaşadığı ərazidə əslən kəlbəcərli olan ailənin 14 yaşlı qızı həmkəndlisi olan şəxs tərəfindən hamilə qalıb.
İlkin məlumata görə, oğlan tərəfinin israrı ilə 14 yaşlı qızın 3 aylıq hamiləliyi sonlandırılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi “oxu.az”ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb:
“Müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
İtləri avtomobilə bağlayıb sürüyən şəxs müəyyən edildi - YENİLƏNİB + VİDEO
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə heyvanları idarə etdiyi avtomobilə bağlayaraq sürüyən şəxsin Bərdə rayon sakini N...
