Bərdədə 11-ci sinif şagirdi əmisinin azyaşlı qızına seksual xarakterli zorakılıq etdi
Bərdə rayonunda 11-ci sinif şagirdi həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Bala Göyüşlü kəndində baş verib. Bərdə rayon 8 saylı orta məktəbinin 11-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü Emin Məmmədov (soyad şərtidir) ailəsi ilə birlikdə əmisinin evinə qonaq gedib. O, evdə əmisinin beş yaşlı qızı ilə otaqda olarkən, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra Emin qızı qorxudaraq, bu barədə heç kimə məlumat verməməyi tapşırıb.
Hadisədən bir neçə saat sonra azyaşlı qız özünü pis hiss edib və bu barədə anasına bildirib. Valideynləri azyaşlı qızı xəstəxanaya çatdırıblar. Müayinə zamanı qıza qarşı seksual xarakterli zorakılıq olunduğu üzə çıxıb və bu barədə polisə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla E.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 10 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
İran, İsrail və ABŞ arasında davam edən gərginlik fonunda Dubayda hava məkanı vaxtaşırı qapandığı üçün uçuşlar ləğv edilib. Hazırda bir çox azərbaycanlılar ölkə...