Bərdə sakinindən 7 kq narkotik və silah-sursat aşkar edildi

28
avq
2019
22:15
Bərdə rayonunda polis əməkdaşları narkotik və silah-sursat aşkar edib.BAKU.WS-in Oxu.Az-a istinadən verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Bərdə şəhər sakini Musa Mehdiyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 23 ədəd narkotik tərkibli çətənə bitkisi və çəkisi 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Axtarış zamanı həmçnin 1 ədəd 16 kalibrli tüfəng, 2 ədəd "Kalaşnikov" sandıqçası və 58 ədəd müxtəlif növ patron aşkar edilərək götürülüb. Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həyətində çətənə əkmişdi – Polis xəbər tutdu
Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilə...