Bərdə sakini qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı

Bərdə sakini qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı
Hadisə 468
Bərdə rayon sakini özünü bıçaqlayaraq xəsarət yetirib.Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndində yerləşən “Mal bazarı”nda qeydə alınıb.Rayon sakini Zabil Əzizli özünə bir neçə bıçaq xəsarəti yetirib. Ancaq Z.Əzizli yaxınlarına zəng edərək bildirib ki, tanımadığı şəxslər onu bıçaqlayaraq üzərində olan 8745 manat pulu götürüblər.Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Zabil Əzizli yaxın qohumu Tahir Qurbanova məxsuz 8745 manat pulu mənimsəmək üçün özünün sol buduna bıçaqla xəsarət yetirib.Rayon Polis Şöbəsində 1991-ci il təvvəüdlü Zabil Əzizli haqqında cinayət işi başlanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qardaşının evində özünü bıçaqladı

Qardaşının evində özünü bıçaqladı

Gəncə sakini özünə bıçaqla xəsarər yetirib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.1980-cı il tə...

474 Hadisə 19:22 20 oktyabr 2019

Son xəbərlər