Bərdə sakini bacısnı və polisi bıçaqladı

Bərdə sakini bacısnı və polisi bıçaqladı
Hadisə 220

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov əvvəlcə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər