Bəraət alan şirkət rəhbəri barəsində hökm ləğv edilib: Məhkəmə zalında həbs edilib
Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Az.İnter-Şin" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mətləb Mütəllim oğlu Qənbərli Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.
Bu qərarla prokuror razılaşmayaraq apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatında cinayət işi və prokurorun protesti araşdırılıb.
Məhkəmənin qərarı ilə Mətləb Qənbərli barəsində çıxarılan bəraət hökmü ləğv edilib, prokurorun protesti təmin edilib. İş üzrə yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Mətləb Qəmbərli 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib.
Oxşar xəbərlər
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən İntiqam Nəbiyev və onun xalası oğlu Fikrət Quliyevin (hər iki şəxsin ad və soyadları ş...