Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda ictimai asayişi pozan şəxs həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.
Belə ki, polis əməkdaşları şalvarının bel kəmərinə bıçaq taxaraq kənddəki "Əli" marketin qarşısında hərəkət edən şəxsi saxlayıblar. Onun Qarayeri kənd sakini 1977-ci il təvəllüdlü S.Məmmədov olması müəyyən edilib.
Saxlanılarkən müqavimət göstərən, eləcə də kənd ərazisində xuliqanlıq əməlləri törədən şəxs barəsində inzibati protokol tərtib edilib.
Samux Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 8 sutkalıq həbs edilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...