Yorğun və yuxusuz halda avtomobil idarəetmənin səbəb olduğu qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10-20 faizi sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, son zamanlar təəssüf ki, ölkəmizdə də yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:
- Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər vaxt ayrılmaması;
- Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı ləngitməsi;
- Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü arxayınlaşdırması;
- Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi.
Qeyd olunmalıdır ki, sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Oxşar xəbərlər
Yük maşını əks yola çıxıb taksi ilə toqquşdu: İki nəfər öldü, hamilə qadın xəsarət aldı
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Kəngərli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işinə baxıb. BAKU.WS-in məlumatına görə,...