Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya nəyin səbəb olduğu bilindi - ŞOK DETAL
Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
***10:05
BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.
Bu barədə BAKU.WS-ə BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə "Mercedes Sprinter" markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər
Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb. Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb. Zərərçəkən Rəhman Əsgərov...