BDYPİ-dən xəbərdarlıq: "Yüklərin düzgün qablaşdırılmadan daşınması ağır qəzalara səbəb olur"

Müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə və yükgöndərənlərə müraciətində qeyd olunub.
Bildirilib ki, belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına, tozlu hava effekti yaradaraq görmə imkanlarının zəifləməsinə, nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olur:
"Maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi isə hərəkət zamanı və xüsusilə manevrlər edilərkən onların yolun hərəkət hissəsinə dağılmasına gətirib çıxarır ki, bu da digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır".
"BDYPİ bir daha sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun şəkildə yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır.
Unudulmamalıdır ki, bu tələblərə riayət olunması təhlükəsizliyin təmin olunması və qəzaların qarşısının alınması üçün əsas şərtdir", - deyə müraciətdə vurğulanıb.
Oxşar xəbərlər
Bakıda körpə qızını qətlə yetirən ata 16 il həbs cəzası aldı
Bakı Ağır Cinayətlər Məhkəməsi 1983-cü il təvəllüdlü Valeriy Tolmaçev 2023-cü il təvəllüdlü körpə qızı Mədinə Tolmaçevanı (Qocayeva) qəsdən öldürməkdə təqsirli...
