BDU-nun tələbələrini maşın vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.
2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Ağır xəsarət alan yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.
Oxşar xəbərlər
Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT - ANBAAN VİDEO
2018-ci il mayın 24-də Bakının Nəsimi rayonunda dəhşətli cinayət baş verib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsindən Məsud...