BDU-nun əməkdaşı vəfat edib - FOTO

BDU-nun əməkdaşı vəfat edib - FOTO
Hadisə 157

Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi Mirzəyev Əmirxan Nizam oğlu onkoloji xəstəlik səbəbindən vəfat edib.

BAKU.WS xəbər verir ki, universitetdən verilən məlumata görə, 72 yaşında dünyasını dəyişən Ə. Mirzəyev 1974-1978-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Elmi Tədqiqat İnstitutunda mütəxəssis, 1978-ci ildə BDU-nun Elmi-tədqiqat bölməsinə böyük elmi işçi, 1992-1994-cü illərdə Humanitar fakültələr üzrə prorektor müavini, 1994-1998-ci illərdə Elmi Tədqiqat Hissəsində böyük elmi işçi vəzifəsində çalışıb. 1998-2019-cu illərdə Elmi işlər üzrə prorektor müavini, 2019-cu ildən Elmi fəaliyyətin təşkili və informasiya mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

BDU-nun əməkdaşı vəfat edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fəridə Məmmədova Salyanda dəfn olunub - YENİLƏNİB - FOTO

Fəridə Məmmədova Salyanda dəfn olunub - YENİLƏNİB - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmə...

1928 Hadisə 15:43 08 dekabr 2021

Son xəbərlər