BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edib
Hadisə 611

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov vəfat edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, iyunun 22-də 69 yaşında dünyasını dəyişən A.Dolxanov 1976-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutunun Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 1987-1991-ci illərdə Moskva Ümumittifaq Elmi tədqiqat Meşə təsərrüfatı və Meşə mexanizasiya İnstitutunda “Genetika, seleksiya və yaşıllaşdırma” ixtisasında aspiranturada təhsil alıb. "Aqroekologiya", "Regionların sosial-iqtisadi inkişafının ekoloji əsasları", "Meşəçilik və meşə ekologiyası" fənlərini tədris edib.

2002-ci ildən BDU-da çalışan A.Dolxanov 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, A.Dolxanov 2005-2011-ci illərdə Xankəndi seçki dairəsi dairə seçki komissiyasının sədri olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Təhsil eksperti Əjdər Ağayev vəfat edib

Təhsil eksperti Əjdər Ağayev vəfat edib

Tanınmış təhsil eksperti Əjdər Ağayev dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektoruna müd...

1348 Hadisə 09:24 27 noyabr 2018

Son xəbərlər