BDU-dan qidadan zəhərlənmiş tələbələrlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin qidadan zəhərlənən dörd tələbəsinin durumu qənaətbəxşdir.
BAKU.WS xəbər verir ki, bu barədə BDU-dan bildirilib.
Qeyd edilib ki, tələbələrin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.
***19:14
Bakı Dövlət Universitetinin 4 tələbəsi qidadan zəhərlənib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib:
"Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".
Oxşar xəbərlər
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib - YENİLƏNİB
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib...