Bayraq meydanında "avtoşluq" edərək "protiv" gedən sürücü həbs edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İki gün öncə paytaxt yollarında müxtəlif qayda pozuntuları nümayiş etdirərək avtoxuliqanlıq edən 90 HS 500 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə “avtosfer.az”a bildirib ki, araşdırılma nəticəsində avtoxuliqanlıq edən sürücünün Nəcəfli Fəqan Əfqan oğlu olduğu müəyyən edilib.
“Hyundai” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
4 may 2020-ci il tarixində məhkəmənin qərarı ilə Nəcəfli Fəqan barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati həbs tədbiri seçilib.
Oxşar xəbərlər
Avtoxuliqan 15 gün müddətinə həbs edildi - FOTO
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində...