Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ

Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ
Hadisə 59

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.

Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.

Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər