Bayram günlərində 12 yol qəzası olub, ölən və xəsarət alan yoxdur

Bayram günlərində 12 yol qəzası olub, ölən və xəsarət alan yoxdur
Hadisə 35

Bayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrə səbəb olan qəzalar qeydə alınmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. 

Qeyd olunub ki, bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb: 

"Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, habelə turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırıb. Bayram günlərinin xoş xatirələrlə yadda qalması üçün hər bir hərəkət iştirakçısını diqqətli və məsuliyyətli olmağa dəvət edib.

Oxşar xəbərlər

Zaqatalada FACİƏ: 53 yaşlı qadın evdə yanaraq həlak oldu

Zaqatalada FACİƏ: 53 yaşlı qadın evdə yanaraq həlak oldu

Zaqatalada yanğın nəticəsində bir nəfər ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Muxax kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Ömə...

47 Hadisə 09:33 23 mart 2025

Son xəbərlər