Batdığı ehtimal olunan şəxsin axtarışlarına dalğıclar cəlb olundu - VİDEO

Batdığı ehtimal olunan şəxsin axtarışlarına dalğıclar cəlb olundu - VİDEO
Video
Hadisə 58

20 avqust 2024-cü il tarixində 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər