Baş Prokurorluqdan ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.
BAKU.WS-in məlumatına görə, qurumun Mətbuat xidmətindən "report"un sorğusuna cavab olaraq bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.
Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Ana qeysəriyyə əməliyyatından sonra ölüb
Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Lerik rayon...