Prokurorluqdan vətəndaşın müstəntiqə rüşvət verməsi iddialarına CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılmışdır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən BAKU.WS-ə bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilmişdir.
Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən ittiham hökmü çıxarılmışdır.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...