Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb
Polis 43 kq narkotiki qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində keçirilən tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"
"İran Baş Prokurorluğu ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən ölkə vətəndaşlarının bütün əmlakını müsadirə edəcək". BAKU.WS Oxu.az-a istinadən xə...