Bank kartlarından pul oğurlayanlara ağır cəza istənildi
Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pullar oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə araşdırması yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun 10 il, Qulami Novruzun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Növbəti proses dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılaraq istintaqa cəlb ediliblər.
Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.
İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaiti Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürülüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.
Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə də ittiham olunublar.
Oxşar xəbərlər
Bakıda SSRİ bayrağı qaldıranlar barədə həbs qətimkan tədbiri seçilib
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. BAKU.WS xəbər verir ki, istint...