"Bandotdel" vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs edib

Bandotdel vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs edib
Hadisə 222

Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

BAKU.WS xəbər verir ki, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş "İynə" satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər