Balıq tutarkən boğulan şəxs DSX-nin giziri imiş

07
okt
2024
10:19
Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.
O, şənbə günü, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.
Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ələt-Astara yolunda AĞIR QƏZA - Ölən və xəsarət alan var
Sentyabrın 14-də saat 02 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu...
