Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
23
fev
2026
10:32
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.
İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
Balakən Rayon İcra Hakimiyyəti
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Oxşar xəbərlər
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisind...