Balakəndə üç nəfər qidadan zəhərlənib
Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.
Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.
Həmçinin Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər.
Yeniyetmə qızların tort yedikdən sonra zəhərləndikləri məlum olub.
Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib.
Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...