Balakəndə toyda dava düşüb: Xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə toyda dava düşüb, xəsarət alan var.
BAKU.WS AP-ya istinadən xəbər verir ki, Balakən şəhərində keçirilən toyda 34 yaşlı Azər Yaşar oğlu Abdullayevlə Balakən rayon sakinləri - 25 yaşlı Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elməddin Piriyev arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. A.Piriyev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.
Oxşar xəbərlər
26 yaşlı hərbçi nişanlısıgildə öldü - FOTO - YENİLƏNİB
Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb. Hərbi qulluqçu, Zaqatala sakini Məh...