Balakəndə şəhidin xatirə muzeyində yanğın olub
Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kortala kəndində qeydə alınıb.
Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.
Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kənddə qandonduran faciə: "Gizli silahlar var idi, dedilər, qaçın"
Bağanıs Ayrım faciəsindən 36 il keçir. 24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb. Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü...