Balakəndə satış məqsədilə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...