Balakəndə minik avtomobilləri toqquşub, yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verie ki, hadisə Balakən şəhər ərazisində baş verib.
Rayonun Tülü kənd sakini Üzeyir Bayramovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə rayonun Qazma kənd sakini Rafiq Ukalayevin idarə etdiyi Opel markalı minik avtomobili toqquşub. Qəza zamanı "VAZ 2106" markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Havva Mollaqardaş qızı Bayramova və Opel markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fatimə Murtuzəli qızı Axverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...