Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Şamil Qarayevin vəzifəli şəxsin övladı olduğu məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Şamil Qarayev Balakən rayon İcra Hakimiyyəti başçısının Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur.
Şamil Qarayev 2012-ci ildə də Cinayət Məcəlləsinin 228.4 (soyuq silah gəzdirmə) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şamil Qarayev bir neçə gün əvvəl Balakən RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Bakıda həbs edilən "Pablo Eskobar" danışdı: "Niyə mən də elə olmayım ki?" (VİDEO)
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqı...