Balakəndə fermada beş min cücə yanaraq tələf oldu

08
yan
2025
09:47
Balakəndə cücə fermasında yanğın olub, 5 min cücə yanaraq tələf olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, gecə saat 04:30-da rayonun Tülü kəndində, kənd sakini Vüsal İsmayıl oğlu İsmayılovun yaşadığı evin həyətyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kvadratmetr olan cücə fermada yanğın baş verib.
Yanğının söndürülmasi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində fermanın tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülməl...
