Ev yandı, 31 yaşlı qadın xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb.
Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.
***16:23
Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...