Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb
10
noy
2025
20:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib.
Sakin, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.
Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...