Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi - Daha üç nəfər yaralandı

Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi - Daha üç nəfər yaralandı
Hadisə 1815

Balakəndə ata oğlunu güllələyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini 53 yaşlı Məhəmməd Bağmanov ailə münaqişəsi nəticəsində oğlu, 32 yaşlı Əhməd Bağmanovu güllələyib.

Tüfəngdən açılan atəş nəticəsində ətrafa yayılan qırmalar daha 3 nəfəri yaralayıb. Onlardan biri azyaşlıdır.

Məlumata görə, 32 yaşlı Əhməd Bağmanov bir neçə gün öncə Rusiya Federasiyasından qayıdıb. Hadisənin ata ilə oğlunun aralarında yaranmış mübahisə nəticəsində baş verdiyi bildirilir.

Yaralılar dərhal Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlar həkimlər tərəfindən müayinə olunur. Əhməd Bağmanov isə əməliyyata götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Oxşar xəbərlər

Polis 39 yaşlı kişiyə 8 bıçaq zərbəsi vurdu

Polis 39 yaşlı kişiyə 8 bıçaq zərbəsi vurdu

Bərdədə bıçaqlanma hadisəsi baş verib. BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, insident rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, Bərdə rayon 32-lə...

1017 Hadisə 13:45 11 dekabr 2019

Son xəbərlər