Balakən su altında: Qəbiristanlığı da sel basdı
Balakəndə bir neçə gündür fasilələrlə yağan güclü leysan yağışları rayonun müxtəlif yaşayış məntəqələrində ciddi fəsadlar törədib.
BAKU.WS-ə daxil olan məlumata görə, yağıntılar nəticəsində çaylarda və kiçik su hövzələrində suyun səviyyəsi sürətlə yüksəlib, sel suları yaşayış məntəqələrinə doğru hərəkət edərək bir sıra ərazilərdə problemlər yaradıb.
Sel suları bəzi kəndlərdə avtomobil yollarını yararsız vəziyyətə salıb, həyətyanı sahələri və əkin sahələrini su altında qoyub. Güclü axın nəticəsində infrastruktur ziyan dəyib. Təbii fəlakətin təsirindən qəbiristanlıq ərazisi də sel sularının altında qalıb, bəzi qəbirlərin ətrafı yuyulub və əraziyə ciddi zərər dəyib.
Oxşar xəbərlər
Tərtərdə kişi su kanalında boğulub
Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib. Kənd sakini...