Bakıya gələn gəmini partlatmaq istədilər - Göyərtəsində 170 sərnişinlə
12
sen
2017
12:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkmənistandan Bakıya gəlməyə hazırlaşan bərədə terror aktının qarşısı alınıb.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, insident avqustun 28-i qeydə alınıb. Ölkənin xüsusi xidmət orqanları Türkmənbaşı limanındakı “Bəxtiyar” adlı bərəyə partlayıcı keçirməyə hazırlaşan iki qardaşı saxlayıblar.Bildirilir ki, qardaşlar iki müxtəlif yerə bilet alıblar və partlayıcı maddələri ayrı-ayrılıqda içəri keçirərək bombanı bortda quraşdırmağı planlaşdırıblar. Onların planına əsasən, bomba Türkmənistan sularında partladılmalı idi. Qeyd edilir ki, terrorun nəzərdə tutulduğu gün bərədə 170-ə yaxın sərnişin, 10-larla yük və minik avtomobili hərəkət edəcəkdi.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan səfirliyinin maşınına bomba atıblar? - RƏSMİ AÇIQLAMA
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına və səfirliyin avtomobillərinə qarşı heç bir terror hadisəsi baş verməyib.BAKU.WS xəbər verir ki, bu barədə A...