“BakuBus”ın sürücüsündən vətəndaşa əxlaqsız jest - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sərnişin avtobusu sürücüsü vətəndaşa qarşı nalayiq hərəkət edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan da göründüyü kimi “BakuBus” şirkətinə məxsus 88 saylı, 99 JZ 182 dövlət nömrə nişanlı avtobus xəttində çalışan sürücü vətəndaşa orta barmaq işarəsi göstərib və onu təhqir edib.
Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində, “Azadlıq Prospekti” metrosu yaxınlığında qeydə alıb.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlmasında bildirib ki, bu məsələ araşdırılıb. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
“BakuBus” avtobusu əks yola çıxdı - Bakı Nəqliyyat Agentliyi məlumat yaydı (VİDEO)
Bir sıra Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə 6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbin...