"BakuBus"ın qabağını kəsib, aləmi bir-birinə qatan şəxsi polis saxladı - ANBAAN VİDEO

BakuBusın qabağını kəsib, aləmi bir-birinə qatan şəxsi polis saxladı - ANBAAN VİDEO
Video
Hadisə 486

Bakının Nizami rayonunda, Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər