"Baksol" yolunda ölüm saçan DƏMİR YOLU - VİDEO

Bakının Binəqədi rayonu "Baksol" yolu adlanan ərazidə dəmir yolu xəttindən keçən sürücülərin həyatı təhlükədədir.
BAKU.WS-in məlumatına görə, yolda şlaqbaum quraşdırılmayıb.
Belə ki, qatarların hərəkəti üçün nəzərdə tutulan dəmir yolu xəttindən eyni zamanda avtomobillər də istifadə edir. Lakin qatar gələn an yolu bağlamalı olan şlaqbaum yoxdur.
Məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən yol qurumun nəzarətində deyil.
"Bu cür dalan yollar adətən hansısa fiziki və yaxud hüquqi şəxslərin tabeliyində olur. Belə olan halda yola nəzarət də həmin müəsisəinin üzərinə düşür".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
