Bakının təpik atan qoçu sürücüsü haqda RƏSMİ AÇIQLAMA - VİDEO

Bakının təpik atan qoçu sürücüsü haqda RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Hadisə 11788
Aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü qaydaları pozub, dələduzluq edərkən kameralara düşüb.Bu məsələ ilə bağlı olaraq BAKU.WS Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovdan açıqlama alıb.Vaqif Əsədov bildirib ki: “Mənə bununla bağlı məruzə olunub. Mən də aidiyyatı üzrə raport yazıb, məlumat vermişəm. Bu gün səhər sosial şəbəkələrdə yayılıb bu video. Hal hazırda həmin maşın və şəxs axtarışdadır. Bunlar hansı cəza maddəsi ilə cəzalandırılacaqlar hələ bilinmir. Çünki digər sürücü də dəvət olunmalıdır. Bu sürücü digərinin üstünə gələrkən o biri sürüb getməyə çalışır. Bilmək lazımdır ki, burda niyə belə hərəkət ediblər, mövzunun kökü nədir”.

Xəbəri oxumaq üçünlinkə daxil ola bilərsiniz.

Nihat HÜSEYNZADƏBAKU.WS

Son xəbərlər