Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO
28
okt
2022
09:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “KamAZ” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.
Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.
Qalereya
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...