Bakıya kütləvi çəyirtkə "HÜCUMU" - Onlara qarşı necə mübarizə aparaq?

Bakıya kütləvi çəyirtkə HÜCUMU - Onlara qarşı necə mübarizə aparaq?
Açıqlama Video
Hadisə 446

Son günlər Bakı sakinləri xoşagəlməz mənzərə ilə üz-üzə qalıb.

Şəhərin müxtəlif ərazilərində, xüsusilə də fərdi yaşayış evlərinin həyətləri və çoxmərtəbəli binaların balkonlarında kütləvi şəkildə çəyirtkələr peyda olub. Sakinlər bu vəziyyətdən narahatlıq keçirir, sosial şəbəkələrdə də mövzu ətrafında ciddi müzakirələr gedir.

Bəs görəsən, bu cür kütləvi çəyirtkə axınına səbəb nədir?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Səkinə Hacıyeva bildirib ki, bəzi illərdə çəyirtkələrin kütləvi çoxalması olur. Bu zaman çəyirtkələr ətrafdakı yaşıl kütləni yeyir, onu məhv edirlər. Beləcə çəyirtkələr yaşıllığın azalmasına, ağacların qurumasına səbəb olurlar. 

Fəlsəfə doktoru həmçinin vurğulayıb ki, çəyirtkələrin çoxalması ilə ancaq mexaniki mübarizə aparmaq, onları bir yerə toplayıb yandırmaq lazımdır. 

"Mən daha əvvəl Naxçıvanda birbaşa olaraq bu prosesdə iştirak etmişəm", - deyə Səkinə Hacıyeva vurğulayıb.

Çəyirtkələrlə bağlı sözügedən kadrlardan birini təqdim edirik:

Banu Hüseynli

Son xəbərlər