"Koroğlu körpüsü"ndə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Koroğlu körpüsü" ilə bağlı yaranmış mübahisəyə aydınlıq gətirilib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq AAYDA-dan bildirilib ki, körpüdə çat yoxdur. Körpünün konstruksiyasının birləşən hissəsidir:
"Eyniylə 3-cü mikrorayon dairəsi üzərindəki körpü ilə oxşar haldır. Oradada körpüdə çat olduğu deyilirdi", - deyə məlumatda qeyd olunub.
***15:46
Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yaranıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən və "Koroğlu körpüsü" kimi tanınan körpüdə iri çatlar əmələ gəlib.
Görüntülərdən də aydın olur ki, vəziyyət avtomobillər üçün kifayət qədər təhlükəlidir. Hər hansı xırda hərəkətlilik burada ağır nəticələrə səbəb ola bilər.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...