Paytaxtda BMW svetoforu aşıraraq səkiyə çıxdı - YENİLƏNİB - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzin baş verən yol qəzası ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılır.
Bu barədə qurum rəsmisi Toğrul Nəsirli BAKU.WS-ə bildirib.
“Hadisə Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə qəza baş verib”, - deyə qurum rəsmisi bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***18:55
Bu saatlarda Bakının Səbail rayonu ərazisində qəza baş verib.
BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə Sahil metrosu yaxınlığından üzü Bulvara düşən yolda BMW markalı avtomobil qəzaya uğrayıb.
Avtomobilin sürücüsü döngəni dönərkən idarəetməni itirib və avtomobil səkiyə çıxıb.
Zərbənin təsirindən yol kənarındakı işıqfor dirəyi də aşıb.
Hadisə barədə araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...