Bakının iki yolu gecələr qaranlığa qərq olur
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının iki əsas yolunda işıq problemi sürücüləri narahat edir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Zabrat-Kürdəxanı-Pirşağı yolu boyunca küçə işıqları yanmır. Gecə saatlarında yolun tam qaranlıq qalması səbəbindən burada tez-tez qəzaların baş verir.
Bənzər vəziyyət yeni salınan Böyük Şor-Pirşağı yolunda da müşahidə olunur. Yolboyu dirəklər quraşdırılsa da, işıqların yanmaması hərəkəti çətinləşdirir və təhlükəsizliyi azaldır.
Sürücülər və ərazidən keçən sakinlər problemin uzun müddətdir davam etdiyini deyərək aidiyyəti qurumları işıqlandırmanın bərpasına çağırırlar.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....